Türkiyənin cənub-şərqində az qala böyük bir faciəyə çevriləcək qəza baş verib. Küçəyə quraşdırılan müşahidə kamerası yüksək sürətlə hərəkət edən avtomobilin Qaziantepdə iki azyaşlı uşağın bir neçə santimetrliyindən keçərək mağazanın piştaxtasına çırpılma anını qeydə alıb.

Bu barədə “Zvezda” xəbər yayıb.

Hadisə vaxtı uşaqların valideynləri dükanda olublar.

Qəza nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.