Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkə ilə dövlət sərhədlərinin bağlanması haqqında məlumat verib.

TASS-ın xəbərinə görə, bu ölkələr Polşa və Litvadır.

Lukaşenko bildirib ki, Belarus ordusunun yarısı qərb sərhədində yerləşdirilib.

Bundan əvvəl də o, NATO qoşunlarının yerləşdiyi Polşa və Litva ərazisindən hərbi təcavüz təhdidləri haqqında xəbərdarlıq etmişdi.