Ukraynanın Xarkov vilayətində yeniyetmə oğlanlar polislərə hücum ediblər.

ATH xəbər verir ki, hadisə Traktorostroiteley prospektində baş verib.

Gözətçi sərxoş yeniyetmələri davranışlarına görə aptekə buraxmayıb.

Bundan sonra yeniyetmələr yoldan keçənlərə söz atmağa başlayıblar. Şahidlərdən biri polis çağırıb.

Polislər gənclərə müdaxilə etdikdə onlar hüquq-mühafizə əməkdaşlarına hücum ediblər.

Nəticəsində iki polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polisə edilən hücumla bağlı cinayət işi başlanıb. Yeniyetmələrin günahı sübut olunarsa, onları beş ilə qədər həbs cəzası gözləyir.