Pensilvaniya ştatının Lankaster şəhərində yenidən kütləvi etirazlar başlayıb.

“Assotiated Press” agentliyi xəbər verir ki, etirazlara səbəb polislərin 27 yaşlı Rikardo Munosanı silahdan açılan atəşlə ölümcül yaralamasıdır.

Qeyd olunur ki, R.Munosa bacısı ilə mübahisə edib və bir müddət sonra əlində bıçaqla onu təqib etməyə başlayıb.

Hadisə yerinə gələn polislər isə ona atəş açıblar.