Metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatlar dəqiq deyil.

Medianews.az Trend-ə istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sosial şəbəkələrdə metronun hansısa stansiyasına general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir:

“Bu barədə yayılan video “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb və xəbərimiz yoxdur. Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil.

Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti baxır. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.