“Juventus” formasını geyinən dünya şöhrətli futbolçu Kriştiano Ronaldo illərdir bərabər olduğu sevgilisi üçün pul kisəsinin ağzını açıb.

BAKU.WS xəbər verir ki, Ronaldo Corcina Rodriqezə evlilik təklifi etməyə hazırlaşır. İddiaya görə, o bunun üçün sevgilisinə almazlarla bəzədilən üzük alıb. Əl işi olan dəyərli zinət əşyasının qiyməti 615 min funt sterqlinqdir.

Rodriqezin “İnstagram” səhifəsində paylaşılan bir üzük fotosuna ürək işarələri qoyması bu iddiaları daha da gücləndirib.

Xatırladaq ki, Ronaldo sevgilisinə aşiq olduğunu dəfələrlə dilinə gətirib. “Mütləq bir gün evli olacağıq. Bu anamın da xəyalıdır”, deyə o bildirib. 26 yaşlı model Ronaldonun 4 övladından birinin anasıdır. Digər uşaqları isə surroqat ana dünyaya gətirib.