“Barselona” komandasının argentinalı hücumçusu Lionel Messi FIFA 21-də ən yüksək reytinq qazanıb – 93.

Bu barədə “EA Sports”un rəsmi internet saytında məlumat yerləşdirilib.

Messi reytinqi 92 olan “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronalduya qalib gəlib.

Qeyd etmək lazımdır ki, Turin klubu FIFA 21-də “Piemonte Calcio” adı ilə meydana çıxacaq ki, bu da Ronaldunun Messini keçmək şansını azaldıb.