8 yaşlı Həcər Zeynallının anası Leyla Quliyeva həyat yoldaşının günahsız olduğunu və qonşuların fikirlərin şər və böhtan adlandırır.
Baku Tv xəbər verir ki, azyaşlının anası qonşuları ilə aralarında ədavət olduğu üçün onlara şər atıldığını deyib.
Leyla Quliyeva – Həcər Zeynallının anası: “Hansı ata öz uşağını tənbeh etmir, vurmur. Yalandan əlinin ucu ilə uşağı vurdu. amma dursun əlinə bıçağı alsın, qızdırsın, əlinin üstünə bassın bu ağ yalandır, böhtandır. Heç buna özüm icazə vermərəm. Bunu mən necə əzabla böyütmüşəm. Evdə qardaşı ilə oynayanda əlini qaz peçində yandırdı. Mənim yoldaşımla ədavətləri var, yalandan danışırlar”.
Mövcud məsələ ilə bağlı adı hallanan qızın atalığı Əliqulu Quliyev işdə olduğundan onunla telefon əlaqəsi yaratdıq. Əliqulu Quliyev ona qarşı səslənən ifadələrlə qətiyyən razılaşmadığını, uşağın əlini yandırmadığını deyir.
Əliqulu Quliyev – Həcərin atalığı: “Xeyr qardaş, qonşular yanlış məlumat veriblər. Danışan qızda yalan deyib. Ağzı bağlı olan xanım da yalan danışıb. O heç bizim qonşu deyil. Mənimlə ədavətləri var, bir neçə ay bundan öncə onların əli ilə kreditlə televizor götürmüşəm. Fəhlə işləyən adamam. Ödədiyim pulun çekin tələb edəndə, mənə o çeki vermədilər. Sonra kredit verən şəxsi tapdım. Bunların da əli həmin puldan çıxdı. Qardaş, onlar uşağı öyrədib danışdırıblar, yalandır”.
Məsələni dəqiqləşdirmək üçün 8 yaşlı Həcər Zeynallı ilə bir az söhbət etdik. O, öyrədildiyini və atalağının ona xəsarət yetirmədiyini deyib.
Həcər Zeynallı – İşgəncə gördüyü iddia edilən qız: “Qardaşım ümidlə oynayanda əlim qaz peçində yandı. Məni onlar öyrətdilər. Mən çəkilişdən qabaq onlara dedim ki, əlim peçdə yanıb, amma onlar belə çəkdilər. İstədilər ki, atama şər atım”.
Qeyd edək ki, məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət olunduqdan dərhal sonra araşdırmalara başlanılıb. Ögey ata və adı hadisədə hallanan şəxslərin hər biri Sumqayıt Şəhər Polis idarəsinə dəvət olunaraq izahatları alınıb və ekspertiza təyin olunub. Sumqayıt şəhər polis idarəsindən bildirilib ki, azyaşlının işgəncəyə məruz qaldığı iddiası təsdiqini taparsa, məsələyə hüquqi qiymət veriləcək.