Rusiyanın ən məşhur videoblogeri olan azərbaycanlı Hüseyn Həsənov yenidən polislərin diqqətini cəlb edib.
BAKU.WS-in məlumatına görə, bloger sürücülük vəsiqəsini alan gün saxlanılıb. Onun bir neçə lüks “Mercedes”dən ibarətdən korteji Moskvada Kutuzovski prospektində hərəkət edib. Lüks maşınların arasında galendevagenlər də olub. Blogerin nə üçün saxlandığı açıqlanmayıb.
Xatırladaq ki, bloger bu il mayın 9-dan 10-na keçən gecə yol hərəkət qaydalarını pozduğu üçün 3 ay sürücülük hüququndan məhrum edilmişdi. O, idarə etdiyi maşının nömrələrini gizlətdiyi üçün cəzalandırılmışdı.
H.Həsənovun “İnstagram” səhifəsində 15 milyona yaxın izləyicisi var. Bahalı maşınlara marağı ilə seçilən azərbaycanlı gənc müntəzəm olaraq maşınlarını uduşa qoyaraq izləyicilərinə bağışlayır.