Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.
Xatırladaq ki, bir müddət əvvəl saxlanılan qadının törətdiyi əməlləri barədə BAKU.WS ətraflı məlumat vermişdi.