Koronavirusa yoluxan azərbaycanlı ifaçı vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
“Uzun müddət xroniki xəstəliklə mübarizə apardı, amma koronavirusa qalib gələ bilmədi”, – deyə yaxınları qeyd ediblər.
Toğrul Həbibi 1 saylı Klinik Mərkəzdə müalicə edilirdi. EKMO cihazına qoşulması üçün petisiya yaradılan T.Həbibi komada idi.