Şəmkirdə 20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyülüb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Əliyeva Suğra ailəsi ilə yaşadığı evdə əri tərəfindən döyülüb.
O, üz və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb.
Qadın ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Qadın və yaxınları faktla bağlı artıq polisə məlumat veriblər.
Faktla bağlı araşdırma başlanılıb.