Çoxmənzilli evdə polis beş uşağın cəsədini aşkarlayıb. Asayiş keşikçilərini hadisə yerinə uşaqların nənəsi çağırıb. O, 27 yaşlı qızının beş uşağını öldürdüyünü, altıncı uşağını da götürərək intihar etməyə getdiyini deyib.

“Bild”in məlumatına görə, dəhşətli faciə Almaniyanın Zolinqen şəhərində yaşanıb.

Ölən uşaqlar 18 aylıq, iki və üç yaşlı qızlar, altı və səkkiz yaşlı oğlanlar olub.

Onların ölüm səbəbi açıqlanmayıb.

Sonradan məlum olub ki, gənc qadın Dyusseldorfda özünü qatarın altına atıb. Polisin məlumatına görə, o, sağ qalıb. Qadın müxtəlif dərəcəli xəsarətlərlə yerli xəstəxanaya yerləşdirilib.

O, 11 yaşlı böyük oğlunu  qatarla nənəsinin yanına yollayıb. Hüquq mühafizəçilər onu da tapıblar.

Hadisənin səbəbləri araşdırılır.