Sosial şəbəkələrdə təyyarədə daşlarla oynayan sərnişin barədə video yayılıb.

Lenta.ru-nun məlumatına görə, “TikTok” istifadəçisinin paylaşdığı görüntülərdə qara geyimli qadının daşları əlinə götürərək, açılan masalara düzdüyü görünür.

Kadrlar birmənalı qarşılanmayıb. İstifadəçilərin bəziləri onun hansısa tilsimlə məşğul olduğunu, digərləri isə kolleksiya yığdığını düşündüyünü bildirib.