Azərbaycanlı idman jurnalisti Elçin Cəfərov Türkiyənin “A Spor” telekanalındakı çıxışında UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray” görüşü barədə fikrini bildirib.
O, “Qalatasaray”ın “Neftçi”ni yüksək qiymətləndirməli olduğunu vurğulayıb:
“Qalatasaray”ın tarixində Norveçin “Tromsö” və İsveçin “Östersund” komandaları ilə oyunlardan acı dərsləri var. Həmin vaxt rəqibləri dəyərləndirmədiyi üçün “Qalatasaray” məğlub oldu. Bu dəfə də belə ola bilər. Hətta oyun penaltilərə kimi gedib çıxa bilər”.
Qeyd edək ki, “Neftçi” “Qalatasaray”la sentyabrın 17-də Bakıda qarşılaşacaq.