“Yasak elma” serialında rol alan aktrisa Eda Ece ilə basketbolçu sevgilisi Buğrahan Tuncer ayrılıb.
Musavat.com xəbər verir ki, sevgilisindən ayrılan aktrisa sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
O, İnstaqramın hekayə bölməsinə “Həyatınızdan çıxan insanlar üçün kədərlənməyin. Kainat sizin eşitmədiklərinizi eşidir, etmədiklərinizi edir”, sözlərini yazıb.
Daha sonra jurnalistlərə müsahibə verən aktrisa rol aldığı serialın çəkilişlərinin davam etdiyini, koronavirusa yoluxmamaq üçün bütün qaydalara əməl etdiklərini bildirib. Aktrisa sevgilisi ilə bağlı sualları isə cavabsız qoyub.