Antaliyada faciəvi şəkildə öz yaxın dostu tərəfindən qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) güllələndikdən sonra xəstəxanaya çatdırılarkən və öldükdən sonra çəkilmiş fotoları yayılıb.
Musavat.com xəbər verir ki, N.Səlifov xəstəxanaya çatdırılarkən çəkilən fotolarından aydın olur ki, o, dünyasını dəyişməyibmiş.
Səlifov xəstəxanaya gətiriləndən bir neçə dəqiqə sonra həkimlərin səyinə baxmayaraq vəfat edib.
Qeyd edək ki, Səlifov sabah İstanbulda dəfn ediləcək.
Xəstəxanaya çatdırılarkən
Öldükdən sonra