Musavat.com bu dəqiqələrdə dəhşətli bir xəbər alıb.

Kriminal aləmin lideri, Lotu Quli ləqəbli Nadir Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb. Bu məlumatı kriminal avtoritetin yaxınları hələ ki, təsdiqləməyiblər. Lakin bu xəbəri Musavat.com yayandan 30 dəqiqə sonra Türkiyə mediası faktə təsdiqlədi.

Təfsilat barədə məlumat çox azdır. Musavat.com-a məlum olan yalnız budur ki, tətiyi çəkən onun öz yaxınlığındakı adam, Xan ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Sui-qəsdçinin yaralanması barədə məlumatlar var. Həmin məlumatlarda iddia olunur ki, yaralanmasına baxmayraq, Xan hadisə yerindən qaça bilib. Atışmada Nadir Səlifovun Türkiyə vətəndaşı olan qorumasının da həlak olduğu gələn məlumatlar arasındadır.

Qeyd edək ki, bütün bunlar ilkin məlumatlardır. Ona görə də bəzi detalların yanlış olması mümkündür.

Türkiyə saytları Saat 4:30 radələrində (Bakı vaxtı) cinayət barədə məlumat yaydılar. Orada bəzi mühüm təfsilatlar var. Məlum olur ki, qatillə Quli bir yerdə Antalyanın Serik ilçəsindəki restoranlardan birində bərabər yemək yeyirmişlər. Qətli törədən hadisə yerindən qaçsa da, sonradan polis onu yaxalaya bilib.

Musavat.com bildirir ki, Azərbaycan əsilli kriminal avtoritetlərin sui -qəsd nəticəsində öldürülməsi pis bir ənənə halını alıb. Bundan əvvəl də keçmiş SSRİ məkanında hökmü keçən bir neçə kriminal avtoritetlər sui – qəsdlərə qurban gediblər. Onlardan Sabirabadlı Hikməti (Hikmət Muxtarov), Rövşən Canıyevi ( Rövşən Lənkəranski), Otari Bədəlovu (Otar) və başqalarını göstərmək olar.

Qeyd edək ki, kriminal avtoritet obrazı keçmiş SSRİ məkanı üçün böyük bir gücdür. Bu güc on minlərlə azərbaycanlının Rusiyanın şəhərlərində qorunması, bazarlara nəzarət paketinin kimlərdə olması məsələlərindən tutmuş, milyonlarla maliyyə dövriyyəsini kontrolunun kimdə olmasını həll edir. Azərbaycanlı kriminal avtoritetləri Rusiya xüsusi xidmət orqanlarının “ovladığı” da iddialar arasındadır.

Beləliklə, yeraltı dünyasında – kriminal dünyada Azərbaycan daha bir ağır zərbə aldı . Nadir Səlifov 23 illik həbsxana həyatından sonra azadlıqda cəmi 3 il yaşaya bildi.

Allah rəhmət etsin – sağdırsa, daha çox rəhmətə ehtiyacı var. Öldüsə, vətənin başı sağ olsun…

Əlavə bilgiləri bölüşəcəyik.

Türkiyə mediasında gedən xəbərin linki:

https://www.sondakika.com/haber/haber-son-dakika-haberi-azeri-suc-orgutu-elebasi-antalya-da-ugradigi-13523027/

Lotu Quli öldürüldü: öz yaxını ona 4 güllə vurdu: sui -qəsdçinin fotosu və adı bu yazıda

Xan ləqəbli qatil Lotu Quli ilə birlikdə (arxiv)