Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun prezident seçkilərində yüksək nəticəsinin səbəbi tərəfdarlarının ilkin səsvermədə fəal iştirakı ilə əlaqədardır.

Bu barədə TUT.by saytı yazıb.

Lukaşenkonun sözlərinə görə, digər namizədlər seçicilərini səsvermədə iştirak etməməyə çağırıblar, nəticədə isə hazırkı hökumətin tərəfdarları səsvermədə daha çox iştirak edib.

Belarus Prezidenti qeyd edib ki, 80 faizlik göstərici saxtalaşdırılmış ola bilməz.

“Mən iqtisadçıyam. Saymağı bilirəm. Kimin nə səs verdiyini, kimin vermədiyini görürəm”, – deyə A.Lukaşenko bildirib.