Xalq artisti Zülfiyyə Xanbabayevanın “İnstagram” hesabındakı paylaşımı maraq doğurub.
Müğənninin yaşadığı duyğuları əks etdirən statusu izləyicilər tərəfindən sorğu-sualla qarşılanıb.
Həmin paylaşımda deyilir:
“Qarışıq hisslər keçirirəm. Hərdən darıxıram, sonra səbr deyib, dururam. Ağlımıza gəlməyən başımıza gəlir. Hər zaman olduğu kimi qurduğumuz nağıllara inanıb… həyata davam”.