ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir.

NBC telekanalının məlumatına görə, Tramp niyyətinin noyabrda baş tutacaq seçkilərdən əvvəl reallaşmasını istəyir.

Məlumata görə, prezidentlərin strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verəcəyi gözlənilir.

Hələlik dünya liderlərinin harada və nə zaman görüşəcəyi məlum deyil.