Bu göl gözəl göründüyü qədər də təhlükəlidir

Təbiətin hər zaman sirli bir tərəfləri var. Möhtəşəm gözəlliklərinin arxasında bəzən dərin təhlükələr olur.

İspaniyanın şimal-qərbindəki “Galicia” bölgəsindəki bu mavi göl də Instagram məşhurları tərəfindən kəşf edilən təbiətin təhlükəli gözəlliklərindən sayılır. İnstaqram fotoşəkilləri üçün əla bir fon yaradan bu möhtəşəm göldə onlarla məşhur foto çəkdirir.

Musavat.com sizlərə Monte Neme gölü haqqında maraqlı faktları təqdim edir.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Valehedici mənzərinin arxasındakı QORXUNC HƏQİQƏT

Monte Neme gölü əslində istifadə edilməmiş bir volfram mədənidir və canlı firuzə rəngləri kimyəvi çirklənməyə işarə edir. Ancaq bu, bəzi insanların suya girməsinə mane olmur.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Zəhərli göl allergik reaksiyalara səbəb olur …

Burada suya girən insanlar bir müddət sonra dəridə qabıqlanma və mədə problemləri yaşayırlar. Zəhərli göldə üzən bir şəxs iki həftə ərzində allergik reaksiyaların şahidi ola bilir.O, yerli bir qəzetə verdiyi müsahibədə bir az pis olduğunu bildirdi, amma çəkdirdiyi fotolar buna dəyər.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Bölgə haqqında qısa tarixçə …

Monte Neme kimi tanınan ərazi II Dünya Müharibəsi illərində minalanmış bir sahə idi və illərlə tərk edilmiş vəziyyətdə qalıb. Daha sonra ictimaiyyətin diqqətini çəkən bu göl bölgədəki turizm şurasının məsuliyyətini də sual altına qoydu.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Təhlükəli göl haqqında rəsmi fikirlər …

Bölgənin təbii və mədəni irsini qoruyan birliyin sözçüsü Ramon Varela və jurnalisti Salvemos Cabana göl haqqında bu fikirləri deyib: “Bu, sıradan çıxmış və təmir olunmamış mədən ərazisidir. Lakin Galisiya bu boş mənzərədən bölgədəki turizmi tanıtmaq üçün istifadə etdi.

İnsanlar buraya daha çox həftə sonu gəlirlər. Burada sənaye mayelərinin yaratdığı mənzərə təhlükəlidir. Bir tərəfdən, girişi asan olan bir sahədir, digər tərəfdən yamacları risklidir və 30 metrə qədər getmək mümkündür”.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Bu göldə üzənlərin üzləşdiyi problemlər …

Coruña Universiteti Xəstəxanası təcili yardım bölümündə işləyən Dr. Ferreiro gölün nə qədər təhlükəli olduğunu izah edib: “Göldə qısa bir müddət ərzində üzmək cilddə qıcıqlanmalara səbəb ola bilər. Lakin bu göldə uzun müddət qalsanız ciddi problemlərlə üzləşə bilərsiniz. Göldə uzun müddət qalan insanlarda həzm pozğunluğu, qusma və daha sonra ishal kimi sağlamlıq problemləri üzə çıxır”.

“Təbiətin qoynunda zəhərlənənlər” – Valehedici gölün qorxunc həqiqətləri (FOTOLAR)

Cəmiyyət hökumətə xəbərdarlıq edir …

Yerli sakinlər buraya foto çəkdirmək üçün gələn insanları və onların oraya girməsinə göz yuman hökuməti qınayır. Lakin burada foto çəkdirməyə gələn insanları da çox qınamaq olmur. Çünki göldə suyun çirklənməsi və təhlükələri barədə xəbərdaredici nişanlar, ərazidə suyun çirklənməsi barədə xüsusi məlumat lövhələri yoxdur.