Bu adada kraliça 2-ci Yelizavetanın ərini, şahzadə Filipi “tanrı” sayırlar …
Din bütün dövrlərin ən çox müzakirə olunan mövzularından biri olsa da, Yaohnanen qəbiləsinin inancı məsələni çox fərqli bir müstəviyə aparır. Çünki Yaohnanen qəbiləsinin üzvləri, şahzadə Filipi tanrı olaraq görürlər.
Yaohnanen qəbiləsi Sakit okeandakı Vanuatu ada-dövlətində, kiçik Tanna adasında məskunlaşıb.
Adadakı məbəd Şahzadə Filiin çərçivəli fotoşəkilləri ilə örtülüb. Onlar inanırlar ki, bir gün şahzadə adanı ziyarət edəcək və onlarla birlikdə yaşayacaq.
Bu inancın mənbəyi adada özünü peyğəmbər elan edən Fred Nassenin sözləridir. Nasse adlı bu şəxs 2016-cı ildə şahzadə ilə böyük bir görüş olacağını və bütün dünyanın gözünün adada olacağını deyib.
Lakin Fred Nasse 2016-cı ili görməmişdən bir neçə il əvvəl vəfat etdi, proqnozlarının bir çoxu isə reallaşdı.
Yaohnanenlərin inanclarına görə, “Dağ Ruhunun oğlu” günlərin birində dənizləri aşaraq uzaq ölkəyə yollanacaq, orada gözəl qadınla evlənəcək və adaya dönəcək. Vanuatu uzun müddət Britaniya İmperiyasının tərkibində olduğundan yerli sakinlər həmin “Dağ Ruhunun oğlu” qismində şahzadə Filipi tanıyıblar.
Şahzadə Filip məsələsi 1950-ci illərdə ortaya çıxsa da hər şey 1974-cü ildə 2-ci Yelizavetanın əri ilə birlikdə Vanuatuya gəlməsi ilə başlayıb. Şahzadəni adada görən yerli sakinlərin inancı daha da artıb. Bunu Britaniyanın Vanuatudakı rezident-komissarı Con Çempion şahzadəyə deyənədək özünün “tanrı” olmasından xəbəri yox idi. Daha sonra Con Çempion şahzadəyə Tanna adasına imzalı fotosunu yollamasını təklif etmişdi.
Yaohnanenlər şahzadənin ilk imzalı fotosunu alan kimi “nal-nal” ayinini icra etmişdilər.
Sonradan şahzadə Filip bir neçə dəfə adaya imzalı fotolarını yollayıb.
Həmin fotolar qəbilə başçısı Cek Naivanın evində saxlanılırdı. Qəbilə başçısı Cek Naiva 2009-cu ildə vəfat edib.
2007-ci ildə 5 qəbilə üzvü yerli sakinlərlə tanışlıq proqramı çərçivəsində İngiltərəyə səyahət etdi. Onların səyahətləri bir yuxu kimi idi. Qəbilə üzvləri Şahzadə Filippi sarayında ziyarət edib inanılmaz dərəcədə sevinc yaşamışdılar.
2014-cü ildə şahzadə Filip və II. Yelizavetanın tək qızı şahzadə Anna, Tanna adasına baş çəkdi.
Adada yerlilərlə birlikdə yaşayan yazıçı və jurnalist Metyu Baylis, “Ofelya” qasırğası səbəbiylə şahzadənin 2017-ci ildə təqaüdə çıxacağını elan etdikdən sonra yerli sakinlər şahzadəni daha da müqəddəs bir statusda görürdülər.
Son olaraq onu da qeyd edək ki, şahzadə Filip kral ailəsinin üzvləri arasında ən uzunömürlü şəxs sayılır.