“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir:

“Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.