Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilimiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub.