Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəmə önünə çıxarılır.
Musavat.com-un Səbael Rayon Məhkəməsinin qarşısında olan müxbiri xəbər verir ki, Eldar Həsənov bu dəqiqələrdə məhkəməyə gətirilib.
Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Eldar Həsənovun müdafiəçisi tanınmış vəkil Adil İsmayılovdur. Adil İsmayılov da bir neçə dəqiqə öncə məhkəməyə gəlib.
Məhkəmə ətrafında ciddi polis nəzarəti var.
Qeyd edək ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib.
Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.