Bu gün haqqında danışacağımız şəxs ömrünün yarıdan çoxunu oğurluqla məşğul olduğunu iddia edən oğru Etibardır.

Baku TV xəbər verir ki, onun ən böyük cinayət işi uşaq oğurluğu olub.

Doqquz nəfərdən ibarət cinayətkar dəstə ilə imkanlı şəxslərin övladlarını oğurlayaraq, onlardan yüksək məbləğdə pul tələb edib.

Sonuncu dəfə oğurladığı imkanlı şəxsin övladına görə yüksək məbləğ tələb etsə də, ailə bu pulun müqabilində bir vedrə qızıl təklif edir, amma onlar bu təklifdən imtina edirlər.

Beləliklə, bu dəstənin izinə düşərək onları maraqlı bir üsulla zərərsizləşdirirlər.

Etibar pis vərdişlərin qurbanı olduğunu iddia edir. Elə ona görə də, heç vaxt ailə qurmayıb. Ömrünün yarıdan çoxunu həbsxanada keçirib.

Pis vərdişlərin sayəsində Etibar artıq ayaqlarını da itirib, hazırda yalnız cibə girdiyini qeyd edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: