Bloger Aysel Şükürova ilə boşanan Oktay Əhmədov baş verənlər barədə fikirlərini “İnstagram” hesabında yazıb.

Medianews.az xəbər verir ki, Oktay haqqında səsləndirilən ittihamları qəbul etmədiyini bildirib:

“Əvvəla hər kəsə salam. Çox xahiş edirəm, yazdığım bu paylaşımı diqqətlə oxuyun. Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də, istəməyənlər də var. Amma bu, o demək deyil ki, məni istəməyənlərə qarşı pis fikirdəyəm.

Bu sadəcə şəxsi fikirdi və yenə də deyirəm, hər kəsin fikrinə hörmətlə yanaşıram. Həyatda səhvsiz insan yoxdur.

Heç kəs ideal deyil. İdeal olsaydıq, Allah olardıq. Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalıdır. Evin qapısından kənara çıxamamalıdır. Nə birinci ayrılanıq, nə də sonuncu”, – deyə bloger bildirib.

Oktay Əhmədov onu da vurğulayıb ki, onu xəyanətdə ittiham edənləri qınayır:

“Ortalıqda gəzən boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram. Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam”.