Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.