Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Türkiyə arasında viza məsələsi barəsində danışıb.

Oxu.Az xəbər verir ki, o, bunu Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, viza ilə qalma müddətinin 90 günə qədər uzadılması məsələsi müzakirə edilib.

“İki ölkə vətəndaşlarının pasporta ehtiyacı yoxdur. Şəxsiyyət vəsiqəsi ilə səyahət üçün təkliflərimizi də verdik. Onları da həyata keçirəcəyik”, – deyə, M.Çavuşoğlu bildirib.