Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 50 yaşlı Niyaz Əsgərov yaşadığı evində özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.