Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.
Medianews.az-ın xəbərinə görə, müsahibənin bu gün yayımlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu dayaq bloku “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.