Livan hökuməti istefa verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri açıqlama verib.

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışlar nəticəsində 200 nəfər həlak olub, onlarla insan itkin düşüb, 6 minədək insan yaralanıb.

Bu hadisədən sonra aksiyalar başlayıb. Vətəndaşlar parlamentin buraxılmasını və islahatların həyata keçirilməsini tələb edirlər.