Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev barəsindəki həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib. Ə.Nağıyev hazırda evində istintaqın nəzarəti altındadır.

Qeyd edək ki, mayın 16-da Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.