“2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq”

ABŞ milyarderi Bill Qeyts iqlim fəlakətinin hazırkı ana qədər 700 min adamın canını alan koronavirus pandmeiyasından 5 dəfə daha çox insanı öldürəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “HighTech+” portalında məlumat yayılıb.

Bill Qeyts koronavirus ölümlərinin səviyyəsini illik orta temperaturun artmasından ola biləcək ölümlərlə müqayisə edib. Onun fikrincə, 2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq.

“Əgər iqlim dəyişikliyinin zərərini bilmək istəyirsinizsə “COVİD-19”un törətdiklərinə baxın. Pandemiyanın gətirdiyi ölüm və kasıblıq, karbon qazının emissyasına qalib gəlmədiyimiz müddətcə həmişə baş verəcək. Yaxın 40 ildə qlobal temperaturun qalxması nəticəsində hər 100 min nəfərdən 14-ü öləcək. Əsrin sonlarına qədər bu 73 nəfərə qalxacaq. Yalnız karbon emissiyasını azaltmamız təqdirdə həmin rəqəm 10-a enə bilər”, – deyə o qeyd edib.