“Bu, dözüm və iradə sınağıdır. Biz gərək buna dözək. Mən özüm də taxta-şalban biznesi ilə məşğul olmuram”.

BAKU.WS xəbər verir ki, bu sözləri kinorejissor Vaqif Mustafayev bildirib.

O əlavə edib ki, kino adamı olduğu üçün özü də indiki vəziyyətdən əziyyət çəkir: “Kinolar da çəkilmir və mən kino çəkmirəm, musiqiçi də toya getmir. Bu hal müvəqqətidir. Biz hamımız eyni gündəyik. Burada söhbət millətin sağ qalıb-qalmaması, nə dərəcədə zərər almasından gedir.

Toy əhli, musiqiçilər də özlərini ziyalı hesab etməlidir. Əgər onlar özlərini Azərbaycan ziyalısı hesab edirlərsə, toysuz qalmaqlarını deməsinlər. Bir az kəmərlərini bərk bağlasınlar və xalqı başa salsınlar. Çünki o ziyalıdır axı. Mən elə başa düşürəm”.

Qeyd edək ki, sosial şəbəkədə bəzi sənət adamları, xüsusən də müğənnilər karantin rejimi qaydalarının ləğv edilməsi barədə çağırışlar edib.