Yaponiyada bir texnologiya şirkəti, insanın səsini qaldıraraq sosial məsafəni qorumağa kömək edən və yapon dilindən səkkiz dilə tərcümə edə bilən mikrofonlu üz maskası hazırlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Donut Robotics texnologiya şirkəti tərəfindən hazırlanan maska koronavirusdan birbaşa qorunma təmin etmir, çünki ağız hissəsində boşluqlar var. Plastika və silikondan hazırlanan maska standart üz maskasının üstündən taxılır. Maska, bluetooth köməyi ilə cib telefonuna və ya planşetə qoşulur, geyimin dediyini mətn mesajlarına çevirir və səsləndirir.
Şirkət direktoru Taisuke Ono isə deyib ki, “C maska” adlandırdıqları maskada virusa qarşı bölmələr olduğu üçün müştərilərin market kassalarında nə söylədikləri bəlli olmur. Bu maska dediklərimizi yazıya çevirir və oxuyur”.
Maskada istifadə edilən tərcümə proqramının əslində bir robot üçün hazırlandığı qeyd olunub. Amma koronavirus epidemiyası başlayanda şirkət bunu maska üçün uyğunlaşdırıb. Maska sentyabr ayında 40 dollara satılacaq.