Türkiyəli yarımmüdafiəçi Arda Turan “Qalatasaray” futbol komandasında oynayacaq. “BeIn Sports” xəbər verir ki, bu barədə tərəflər razılıq əldə etsə də, təfərrüat açıqlanmayıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.

Polad Həşimov küçəsi... - Foto

Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri artıq hazırdır. “Qafqazinfo”nun məlumatına görə, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək.

Məşhur amerikalı aktyor və güləşçi Dueyn Conson keçmiş həyat yoldaşı Dani Qarsia ilə birlikdə ABŞ-ın futbol liqalarından biri olan “Xtreme Football League”i (XFL) alıb.

Yaponiyada bir texnologiya şirkəti, insanın səsini qaldıraraq sosial məsafəni qorumağa kömək edən və yapon dilindən səkkiz dilə tərcümə edə bilən mikrofonlu üz maskası hazırlayıb.