Hindistanda 86 nəfər saxta içkidən zəhərlənərək ölüb.

Bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.

Saxta içkidən ilk ölüm halı iyulun 29-da qeydə alınıb.

Hüquq mühafizə orqanlarının apardığı axtarışlar zamanı saxta içkinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində əli olan 20-dən çox insan saxlanılıb.