Ukraynanın məşhur reperi Endi Kartraytın cəsədi tapılıb.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, polis reperin doğranmış və paketlərə qoyulmuş cəsədini soyuducuda aşkarlayıb.

Musiqiçi Sankt-Peterburqdakı evində həyat yoldaşı ilə birlikdə yaşayırdı. Həyat yoldaşının vəkilinin sözlərinə görə, reper 4 gün əvvəl narkotikdən ölüb. Xanımı onun fanatlarını məyus etmək istəmədiyi üçün polisə zəng etmək əvəzinə cəsədi gizlətməyə çalışıb.

Hazırda 36 yaşlı xanım polis nəzarətindədir.