Aprel ayında 10 yaşlı oğlu Pars xərçəng xəstəliyindən vəfat edən aparıcı Ebru Şallının tətil fotolarını paylaşması birmənalı qarşılanmayıb. 3 ay öncə övladını itirən aparıcının istirahətə yollanması tənqid edilib.
Musavat.com xəbər verir ki, aparıcı onu tənqid edənlərə belə cavab verib:
“Ayaqda durmağa çalışıram. İstifadə etdiyim dərmanlardan ağlım gedib-gəlir. Bu acı elə çətindir ki, izah edə bilmərəm. Oğlum Beren və həyat yoldaşım Uğur məni həyata bağlayır. Hər an Ponçiğimlə əlaqədəyəm. Oğlum gerçək bir mələkdir. Sosial şəbəkədə fotolarımı tənqid etdilər. Millətin nə dediyinə önəm vermirəm. Onlara qalsa, ölməyimi istəyirlər. Ölüm, əllərinə nə keçəcək? Ponçiğimin vəsiyyətini yerinə yetirəcəm. Mənə əməliyyat otağında demişdi ki, ana, hər zaman xoşbəxt ol. İndi o sözlərə sarılmışam”.