Turistlərə yaxınlaşıb selfi çəkdirəndən sonra onlardan ayrılan “dostcanlı” qara ayı bu dəfə başqa hərəkəti ilə gündəm olub.

Belə ki, o, Meksikadakı Ekoloji Çipink parkında gəzən turist qadını qucaqlamaq istəyib.

Bununla bağlı kadrları “Daily Mail” paylaşıb.

Videoda onun qadınla yanaşı hərəkət etdiyi, hətta hansısa bir anda qucaqladığı, lakin turistin reaksiya vermədiyini görüncə “məyus” halda ondan uzaqlaşdığı qeydə alınıb.