Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənov yenidən sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Axşam.az xəbər verir ki, hazırda Los Ancelesdə olan Hüseyn paraşütdən atdanıb. O, görüntülərini sosial şəbəkədə yayımlayıb. Qısa zamanda səhifələrdə paylaşılan görüntülər tənqid edilib.

Hər kəs Los-Ancelesdə azərbaycanlıların şəhidlərimizə dəstək aksiyası keçirdiyi ərəfədə ermənilərin hücumuna məruz qalmasını xatırladıb. Onlar H.Həsənovun həmvətənlərinə dəstək olmadığını qeyd ediblər.

İzləyicilər bloqqerin bir müddət əvvəl orada olarkən fanatları ilə görüşündə yaşanan izdihamı xatırladaraq, onun paraşütdən tullanmaq əvəzinə həmyerlilərimizə dəstək ola biləcəyini yazıblar.

Qeyd edək ki, Hüseynin İnstaqramda 14,1 milyon izləyicisi var.