Balakən rayonunun Hənifə kəndində ölümlə nəticələnən hadisə baş verib.

APA-nın məlumatına görə, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Nurəddin oğlu Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektik cərəyanı vurub.

Ağır elektroşok travması alan T.Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.