Xəbər verdiyimiz kimi, Bakıda “Neftçilər” prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə yürüş edib.
Musavat.com xəbər verir ki, yürüşdə insanlar Prezidentə və orduya dəstəklərini nümayiş etdiriblər. “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vur, qır səngəri, Azərbaycan əsgəri” şüarlarını səsləndiribər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən olmayıb.
İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildiriblər.
Sözügedən yürüşdən fotosessiyanı sizlərə təqdim edirik.