XƏBƏR LENTİ

Sorğu

2020-ci ildən gözləntiləriniz nələrdir?

Nəticələr

Xalq artisti Röya Ayxan 78 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirib.

BAKU.WS xəbər verir ki, ötən ilin sonunda sosial şəbəkələrdə Qazaxın Quşçu Ayrım kəndində yaşayan yaşlı nənənin yaşadığı evin bərbad vəziyyətdə olması və buna baxmayaraq “Heç mən torpağımı qoyub gedərəmmi” deyərək torpağını tərk etməməsi müzakirələrə səbəb olmuşdu.

O görüntülərdən sonra Röya həmin nənə ilə görüşmüşdü və ev tikdirəcəyini demişdi. Artıq 160 kvadratmetr ərazidə tikilən ev tamamilə hazırdır. Əsmər nənənin hazırda yaşadığı məkan isə onun və övladlarının xatirəsi olduğu üçün sökülməyib.

Sənətçi bununla bağlı İnstaqramda görüntülər paylaşaraq bunları qeyd edib:

“Yəqin ki, yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdır. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildik. Bütöv Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”.

 Dostlarımızın xəbərləri

medianews