Şəmkir rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulmasına yol verən iaşə obyektlərinin sahibləri cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, rayonun Təzəkənd, Düzqışlaq və Qaracəmirli kəndlərində keçirilmiş reydlər nəticəsində bir nəfər həbs edilib, 33 nəfər inzibati qaydada cərimələnib.

Reydlərdə rayonun icra başçısı Alimpaşa Məmmədov da iştirak edib.