“Toyuq dönəri yeməyin, xərçəng yaradır” deyən Türkiyənin məşhur kardioloqu Canan Karatay bununla bağlı məhkəməni uduzub.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Canan Karatay bundan sonra iştirak etdiyi heç bir televiziya proqramında “Toyuq dönəri yeməyin” deməyəcək”.
Bu barədə danışarsa 20 min TL-dən 50 min TL-yə qədər pul cəzası ilə cərimələnəcək. Həmçinin bunu yayımlayan televiziya kanalı da yüksək miqdarda cərimə ediləcək.
Xatırladaq ki, ötən ilin sonlarında Canan Karatay dəfələrlə ucuz qiymətə satılan dönərlərin, xüsusən də toyuq dönərinin insan orqanizminə zərər vurduğunu bildirmişdi.
Onun bu cür açıqlamalarından sonra Türkiyədə dönər satışı 30 faiz aşağı düşmüşdü. Buna görə Türkiyənin Restoranlar və Turizmçilər Dərnəyinin rəhbəri Ramazan Bingöl həkimi məhkəməyə verib, onun cəzalandırılmasını istəmişdi.