Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev “Facebook”da müzakirələrə səbəb olan status yazıb. 

Musavat.com xəbər verir ki, o öz paylaşımında “Fairmont Baku” hotelində karantin rejiminin pozulmasını qınayanları hədəfə alıb:

“Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər”.

Cahad Hacıyevin bu sözləri birmənalı qarşılanmayıb.

O, tənqidlərə məruz qaldıqdan sonra bildirib ki, etdiyi zarafat təhrif olunub. C. Hacıyev xalqı təhqir etmədiyini, bəzi insanların izləyiciləri ona qarşı qaldırdığını qeyd edib.

Qeyd edək ki, ötən gün iş adamı Fətulla Babayevin oğlu İsmayıl Babayev də istirahəti pozulduğu üçün jurnalistləri “işverən” adlandırmış, daha sonra polis tərəfindən saxlanmışdı.

Brilliantın oğlu da insanları təhqir etdi: