Bu gün “Altın Kelebek” mükafatı sahiblərinə təqdim olunub.
Musavat.com xəbər verir ki, “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Gülay Zeynallı, Sevda Yahyayeva, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva mübarizə aparsa da, mükafata xalq artisti Röya layiq görülüb.
“Pandemiyadan qaynaqlanan böyük problemlərə görə bir araya gələ bilmədik. Sənətçilərimizlə qucaqlaşa bilmədik, sevincimizi bölə bilmədik. Məni mükafata layiq görən hər kəsə təşəkkür edirəm”,- deyə Röya bildirib.
Qeyd edək ki, mükafatlandırma gecəsi sonuncu dəfə Türkiyənin Suriya ilə sərhədində xeyli sayda əsgərin öldürülməsinə görə təxirə salınmışdı. Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getsə də, mükafatı ala bilmədən geri dönmüşdü.
Siyahıda yer alan kişi ifaçılar – Murad Arif, Elçin Cəfərov, Azad Şabanov, Xəyyam Nisanov və başqaları tədbirdən imtina etmişdi.